Modern.az

Babayanla Mnatsakanyan məhkəmədə son söz deyiblər

Babayanla Mnatsakanyan məhkəmədə son söz deyiblər

Aktual

22 Dekabr 2025, 14:36

Dekabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Modern.az xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxslər David Babayan və Levon Mnatsakanyan son söz deyiblər.

Onlar ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlillər səsləndirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır