Modern.az

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti də azadlığa buraxıldı

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti də azadlığa buraxıldı

Aktual

22 Dekabr 2025, 14:32

Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub.

Modern.az xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib.

Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.(Mənbə APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır