“Dövlət başçısı tərəfindən “Konstitusiya və suverenlik ili”münasibətilə elan edilmiş Amnistiya Aktı dövət humanizminin növbəti təzahürüdür. Müstəqillik dövrümüzün ən geniş amnistiya layihəsi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və 20 mindən çox adamı əhatə edir”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya barədə patrul.az-a şərh edərkən səsləndirib.
O bildirib ki, cəmiyyətdə böyük məmnunluq yaradan bu təşəbbüsdən faydalanan insanlar dövlətə və Prezidentə minnətdarlıq hissi ilə cəzaçəkmə müəssisələrini tərk edərək yeni ili və dünya Azərbaycanlılarının həmrəylik bayramını öz doğmaları ilə birlikdə qeyd etməyə hazırlaşırlar:

“Əslində Amnistiya aktı özü də bir həmrəylik təzahüdür və cəmiyyətin sağlamlaşdırılmasına xidmət edir. Amnistiya aktı onu göstərir ki, harada, hansı şəraitdə olmasından asılı olmayaraq dövlət hər bir vətəndaşın taleyinə həssaslıqla yanaşır və vətəndaşın ən çətin vəziyyətində də dövlət öz humanist münasibətini və mümkün olan dəstəyini göstərir. Arzu edirəm ki, bu humanist aksiya nəticəsində mülki həyata qayıdan keçmiş məhbuslar əvvəllər yol verdikləri səhvləri bir daha təkrar etməsinlər və azadlığın sevincini və fərəhini daimi olaraq öz doğmaları ilə birlikdə yaşasınlar”.