Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Modern.az-ın məlumatına görə, Rusiya ordusunun sıralarında döyüşlərdə iştirak edən 1997-ci il təvəllüdlü Ramin Abdullayev həyatını itirib.
Mərhum Goranboy rayonunun Xoylu kəndində torpağa tapşırılıb.
R.Abdullayev 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlərində iştirak edib və yaralanıb.(Mənbə Unikal.az)

