Modern.az

7 istiqamət üzrə müsabiqənin qalibləri müəyyənləşdi

7 istiqamət üzrə müsabiqənin qalibləri müəyyənləşdi

Aktual

22 Dekabr 2025, 17:10

Azərbaycanda 7 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Modernaz bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaq kəndi - Qusar avtovağzalı, Əniq kəndi - Qusar avtovağzalı və Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol 2023" MMC, Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu, Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov Niman Şükür oğlu, Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu, Kuzunqışlaq kəndi - Qusar avtovağzalı və Əniq kəndi - Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu və Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır