Modern.az

Sumqayıtda 1300 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 1300 abonentin qazı KƏSİLƏCƏK

Aktual

23 Dekabr 2025, 09:08

Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq.

Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən Modern.az-a bildirilib ki, 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1 300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.

Abonentlərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır