Modern.az

Afaq Bəşirqızı: Qarabağ artıq gülür - VİDEO 

Afaq Bəşirqızı: Qarabağ artıq gülür - VİDEO 

Aktual

23 Dekabr 2025, 10:40

"Azərbaycanın Xalq artisti, tanınmış gülüş ustası Afaq Bəşirqızı Azərbaycanın qəlbi adlandırdığı Qarabağın azad olmasından qürur duyur, fərəh hissi keçirir. Abadlaşan, yaşıllaşan, öz sakinlərinə qovuşan torpağın gülüşünü onun kimi ustad sənətkarın görüb ürəkdən sevinməsi təbiidir".

Modern.az xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda öz əksini tapıb.

Bildirilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat fəaliyyətləri davam etdirilir.

"Bu məqsədlə tanınmış ziyalıların, sənət adamlarının və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti Afaq Bəşirqızı ilə müsahibə əsasında hazırlanan növbəti videoçarxı təqdim edirik", - məlumatda qeyd olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır