İçərişəhərin ilk rəsmi mobil tətbiqi sakinlərin və turistlərin istifadəsinə verilib.
Modern.az xəbər verir ki, bu barədə İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, mobil tətbiq əsasən turistlər üçün nəzərdə tutulub. Gələcək mərhələlərdə tətbiqin funksionallığının daha da genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır. Yeni tətbiq vasitəsilə həm sakinlərin, həm də turistlərin İçərişəhərdə hərəkəti və məlumat əldə etməsi daha rahat şəkildə təmin ediləcək.