Modern.az

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Aktual

23 Dekabr 2025, 12:22

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda qeyd olunub.

"Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və bütün planlarınızın həyata keçməsində uğurlar arzulayıram.

İqtisadi cəhətdən inkişaf edən Azərbaycan dövlətinin firavanlığına və xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda da layiqli hörmət qazandırıb.

Azərbaycan Respublikası həmişə Rusiya Federasiyası ilə əməkdaşlığın bütün sahələrində, o cümlədən regionlararası səviyyədə strateji tərəfdaş olub və olmaqda davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qurulmuş dostluq əlaqələrini yüksək qiymətləndirir, bölgəmizlə çoxşaxəli, qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm".

***

İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağayeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə cansağlığı, uzun ömür, xoşbəxtlik, tükənməz enerji arzulayırıq.

Azərbaycanın daha da inkişafı, güclənməsi və beynəlxalq arenada nüfuzunun artması ilə bağlı fəaliyyətinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər diləyirik.

Siz Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, ölkəmizin hər sahədə inkişaf etməsi üçün əzmlə çalışaraq xalqımıza verdiyiniz bütün vədləri yerinə yetirirmisiniz. Vətənimizin dilbər guşəsi olan Qarabağı işğaldan azad edərək xalqımıza böyük sevinc bəxş etmiş, ata vəsiyyətini həyata keçirmisiniz. Siz müdrik və qətiyyətli siyasət apararaq, bütün çətinliklərə cəsarətlə sinə gərərək haqq səsimizi dünyaya çatdırmısınız, Azərbaycanı qalib, qüdrətli dövlət kimi tanıtmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağına, xalqımızın daha xoşbəxt həyat yaşayacağına əminik.

Möhtərəm Prezidentimiz, Sizi, həmçinin Ümummilli Liderimiz Heydər Əliyevin xalqımıza ərməğan etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik. Hər zaman Sizin və dövlətimizin ətrafında sıx birləşərək Vətənimizə xidmət etməyə hazır olduğumuzu bildiririk".

xxx

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Zati-alinizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.

Xaricdə yaşamağımıza baxmayaraq, Sizin milli dövlətçilik düşüncəmizin daha da dərinləşməsi və suverenliyimizin daha da möhkəmlənməsinə bəxş etdiyiniz inam, qürur və güclü Azərbaycan ideyası bizim Vətənlə sarsılmaz bağlarımızı daim gücləndirib və ona xidmət etməyə yeni stimul verib. Sizin qətiyyətli siyasi iradəniz və liderlik nümunəniz bizə milli birliyimizin, yüksək vətənpərvərlik ruhumuzun və dövlətimizin inkişaf perspektivlərinə inamla baxmaq gücü verib. Bu şərəfli və tarixi missiyanı həyata keçirərkən bizim – Vətənə bağlı insanların sevgisi, etimadı və dəstəyi hər zaman Sizinlədir.

Bu il Siz bizə ata vəsiyyəti, dəmir iradə və qətiyyət ilə gerçəkləşən tarixi Zəfərimizin 5 illiyini böyük qürur, sonsuz iftixar və kövrək sevinc hissi ilə yaşatdınız. Arzu edirəm ki, şərəfli liderlik yolunuzun bütün mərhələlərində xalqın sevgisi Sizin üçün hər zaman mənəvi dayaq olsun.

Müzəffər Sərkərdəmiz, Sizi həm öz adımdan, həm də daim qayğınızı əsirgəmədiyiniz ailəmiz adından bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, fədakar dövlətçilik fəaliyyətinizdə uğurlar arzulayıram".

xxx

Yaponiyada fəaliyyət göstərən Yerli İcmaların Dirçəliş Fondunun sədri Tetsuo Sato Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-alinizə və yaxınlarınıza möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.

Əminliyimi bildirirəm ki, Sizin müdrik rəhbərliyinizlə ölkəniz daha da inkişaf edəcək, xalqınız ətrafınızda daha sıx birləşəcək və dünyada sülhün, dostluğun dəstəklənməsi, xüsusilə də Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi, mədəni və idman sahələrində əlaqələrin genişlənməsi üçün bundan sonra da səylərinizi əsirgəməyəcəksiniz.

Sizə Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar, tükənməz enerji arzulayıram".

xxx

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Son beş il ərzində regionda yaranan yeni reallıqlar, xüsusilə də Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin olunması Sizin qətiyyətli siyasətinizin və uzaqgörən liderliyinizin nəticəsidir.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə qazanılmış şanlı Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqın milli qürurunu, birliyini, gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Fürsətdən istifadə edərək Sizi birliyin və həmrəyliyin rəmzi olan
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirik. Sizin uğurlu siyasətiniz sayəsində həm ölkə daxilində, həm də bütün dünyada azərbaycanlılar arasında birliyin möhkəmlənməsi xüsusi önəm kəsb edir.

Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyinin daha da parlaq olacağına inanırıq. Sizə bir daha təbriklərimizi çatdırır, dövlətə və xalqa xidmət işində yeni-yeni nailiyyətlər arzulayırıq".

xxx

Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Kanadada fəaliyyət göstərən Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası adından Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.

Bu gün biz Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə beynəlxalq arenada söz sahibi olan, milli maraqlarını qətiyyətlə qoruyan, xalqını ətrafında sıx birləşdirən nüfuzlu və qüdrətli bir dövlət olmasından qürur duyuruq.

Əminik ki, əldə edilən uğurlar hər bir vətənpərvər azərbaycanlını sevindirir.
Sizin həyata keçirdiyiniz uğurlu siyasət sayəsində Azərbaycanın inkişaf yolunda daha sürətlə irəliləyəcəyinə əminik.

Biz - Vətəndən kənarda yaşayan azərbaycanlılar milli kimliyimizi qorumağı, Azərbaycan mədəniyyətini təbliğ etməyi, tariximiz və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmağı ən şərəfli borcumuz hesab edirik.

Sizi, həmçinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik. 2026-cı ildə Sizə və ölkəmizə daha böyük nailiyyətlər, dövlətimizə tərəqqi, xalqımıza isə əmin-amanlıq və rifah arzulayırıq. Sizə dərin ehtiramımızı bildiririk".

xxx

Kanadanın Saskaçevan əyalətində fəaliyyət göstərən Azərbaycan Birliyinin rəhbəri Ruhid Mirzəyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.

Kanadanın Saskaçevan əyalətində yaşayan azərbaycanlılar adından Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi çatdırır, dərin hörmət və ehtiramımızı bildiririk.

Sizin qətiyyətli və uzaqgörən rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlərə, tarixi Zəfərə imza atmış, ölkəmizin suverenliyi tam bərpa edilmiş və beynəlxalq aləmdə güclü, nüfuzlu bir dövlət kimi mövqeyi möhkəmlənmişdir.

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması dövlətçiliyimizin möhkəmliyinin və milli iradəmizin təntənəsidir. Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan böyük qürur və sevinc hissi duyuruq.

Sizin həyata keçirdiyiniz siyasət dünya azərbaycanlıları arasında birlik və həmrəylik hissini daha da gücləndirmişdir.

Gənclərin milli kimliyinin, ana dilinin və Vətən sevgisinin qorunması Saskaçevan əyalətində fəaliyyət göstərən icmamızın əsas prioritetlərindəndir.
Bu istiqamətdə gördüyümüz işlərdə Sizin müəyyən etdiyiniz dövlətçilik yolu bizim üçün əsas dayaqdır.

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, tükənməz enerji və ölkəmizi daha da böyük uğurlara aparan fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq".

xxx

Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədov və Konqresin sədri Murtuz Gülməmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Şimali Osetiya regional milli-mədəni ictimai təşkilatı olan Azərbaycanlılar Konqresi adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, uğurlar, tükənməz enerji, Vətənimiz Azərbaycanın rifahı naminə həyata keçirdiyiniz bütün fəaliyyətinizdə yeni nailiyyətlər diləyirik.

Siz keçmişin ən yaxşı təcrübəsini özündə birləşdirən, eyni zamanda, tarixi perspektivə malik gələcək ideyalara sahib dövlət xadimisiniz.

Sizin yaradıcı və çoxşaxəli fəaliyyətiniz Azərbaycanı güclü dövlətə çevirib, onun müstəqilliyini möhkəmləndirib, apardığınız konstruktiv siyasət beynəlxalq aləmdə Sizə böyük nüfuz qazandırıb.

Hörmətli İlham Heydər oğlu, bu gün bütün dünya azərbaycanlıları,
o cümlədən Şimali Osetiya–Alaniya Respublikasında yaşayan soydaşlarımız Sizinlə qürur duyurlar.

Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür diləyirik".

xxx

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli cənab Prezident.

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin kollektivi
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir.

Sizin qətiyyətli addımlarınız, müdrik siyasətiniz sayəsində Qarabağ problemi birdəfəlik həll olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.

Biz Sizinlə - dünya siyasi arenasında ən hörmətli və nüfuzlu liderlərdən biri olan Prezidentimizlə fəxr edirik. Bu, eyni zamanda hər birimizin üzərinə daha böyük bir məsuliyyət qoyur – fəaliyyətimizlə Azərbaycanın adını xaricdə hər zaman uca tutmaq və onun nüfuzunun daha da artmasına töhfə vermək.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbriklərimizi çatdırırıq.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, yeni-yeni qələbələr arzulayırıq. İnanırıq ki, Siz öz uzaqgörənliyiniz, zəngin təcrübənizlə Azərbaycanı daim zirvələrə ucaldacaqsınız".

xxx

İrlandiyada fəaliyyət göstərən “Əşrəf və Anna” musiqi məktəbinin direktoru Əşrəf Tağıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə İrlandiyada fəaliyyət göstərən “Əşrəf və Anna” musiqi məktəbinin kollektivi adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizin müdrik rəhbərliyiniz, qətiyyətli siyasi iradəniz və Vətənə sonsuz sevginiz sayəsində Azərbaycan dövləti beynəlxalq aləmdə öz layiqli yerini daha da möhkəmləndirmiş, tarixi zəfərlərə imza atmışdır. Bu nailiyyətlər hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir.

Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni dəyərlərinin qorunmasına və dünya azərbaycanlılarının birliyinə göstərdiyiniz xüsusi diqqət və qayğı bizim üçün böyük stimul və mənəvi dayaqdır. Biz də öz növbəmizdə Azərbaycan mədəniyyətini, incəsənətini və milli kimliyimizi İrlandiyada layiqincə təmsil etməyə çalışırıq.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm.

Uca Tanrı Sizi və ailənizi qorusun!"

xxx

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi, Zati-alinizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzularımı qəbul etməyinizi xahiş edirəm.

Mən, həmçinin Azərbaycan xalqına davamlı firavanlıq və rifah arzulayıram.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı ifadə edirəm".

xxx

Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Səttar Kaya Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi, xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasındakı inkişaf proseslərini, ölkənin nailiyyətlərini diqqətlə izləyirik. Azərbaycanın yüksəlişi, bütün sahələrdə əldə etdiyi uğurlar bizim üçün qürur mənbəyidir.

Sizin qətiyyətli liderliyinizlə 44 günlük Vətən müharibəsində qazanılan və bu il beşinci ildönümü qeyd edilən Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının bayramıdır. Sizin regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində göstərdiyiniz səylər təqdirəlayiqdir.

Fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

xxx

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sankt-Peterburq Hökuməti və şəhərin sakinləri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Siz parlaq siyasi xadim kimi atanızın - Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin böyük işini ləyaqətlə və inamla davam etdirirsiniz.

Sizin rəhbərliyinizlə Azərbaycan dövlət quruculuğu, iqtisadi rifah və beynəlxalq nüfuz sahələrində mühüm nailiyyətlər qazanıb, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib, Cənubi Qafqazda və Avrasiyada əsas güc mərkəzlərindən birinə çevrilib.

Sankt-Peterburq və Bakını uzun illərdir səmərəli əməkdaşlıq, ümumi tarixə, mədəniyyətə və insan talelərinə söykənən əsl qardaşlıq telləri bağlayır.

Biz Neva sahilində yerləşən şəhərdə böyük və fəal Azərbaycan diasporunun yaşaması, təhsil alması və işləməsi ilə qürur duyuruq. Muzeylərimiz, teatrlarımız, universitetlərimiz və müəssisələrimiz çoxsaylı birgə layihələrlə bir-birinə bağlıdır.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram.

Qoy Sankt-Peterburq ilə Azərbaycan arasında dostluq əlaqələri hər il daha da möhkəmlənsin və dərinləşsin!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır