2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının siyasi iradəsinin və strateji baxışının parlaq ifadəsi oldu. Xalqımız cənab İlham Əliyevin namizədliyini dəstəkləməklə yalnız bir şəxsə deyil, müstəqil Azərbaycanın davamlı inkişafına, sabitliyinə və güclü gələcəyinə səs verdi.
Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyin, dövlətçilik ənənələrinin qorunmasının və müasir çağırışlara uyğun davam etdirilməsinin bariz nümunəsi idi.2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərən cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 22 il ərzində ölkəmiz dərin və hərtərəfli inkişaf mərhələsindən keçmişdir. Bu dövr ərzində Azərbaycan siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və müasir, güclü ordunun formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara söykənən siyasəti nəticəsində müstəqil Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənmiş, dövlətçilik ənənələri daha da gücləndirilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Bu mərhələ müasir Azərbaycan tarixində güclü dövlət quruculuğu və davamlı tərəqqi dövrü kimi xüsusi yer tutur.Ötən 22 il ərzində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli və hərtərəfli inkişaf yolu keçmişdir.
Güclü iqtisadiyyatın formalaşdırılması, sosial rifahın yüksəldilməsi, müasir ordu quruculuğu, müstəqil və prinsipial xarici siyasət, eləcə də ərazi bütövlüyümüzün tam təmin olunması bu dövrün əsas nailiyyətləridir. Bu illər Azərbaycanın müasir tarixində milli qürur, tarixi qələbələr və dayanıqlı dövlət quruculuğu mərhələsi kimi yadda qalmışdır. Bu gün əldə olunan uğurlara nəzər saldıqda aydın olur ki, Azərbaycan xalqının 22 il əvvəl verdiyi qərar müdrik, uzaqgörən və taleyüklü bir seçim olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regional liderə, söz sahibi olan güclü və müasir dövlətə çevrilmişdir. Bu yol milli maraqlara söykənən siyasətin, xalq–lider birliyinin və sarsılmaz dövlətçilik iradəsinin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri verdiyi vədlərlə atdığı addımların tam uzlaşmasıdır. Dövlət başçısı hər zaman çıxışlarında səsləndirdiyi fikirləri konkret əməli işlərlə təsdiqləyərək xalqın etimadını qazanmışdır.Ölkənin sosial-iqtisadi inkişafı, ərazi bütövlüyünün bərpası, şəhid ailələri və qazilərə göstərilən yüksək diqqət və qayğı, regionların davamlı inkişafı Prezident İlham Əliyevin sözünün əmələ çevrildiyinin bariz nümunələridir.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu qətiyyətli mövqenin və prinsipial siyasətin real nəticəsidir. Bu tarixi zəfər bir daha sübut etdi ki, Prezidentin dediyi hər bir söz düşünülmüş strategiyaya və güclü siyasi iradəyə əsaslanır.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni beynəlxalq reallıqlar və çağırışlar fonunda müasir məzmunla zənginləşdirilərək uğurla davam etdirilmişdir. Bu siyasət milli maraqlara söykənən praqmatik yanaşma, güclü siyasi iradə və qətiyyətli liderlik modeli ilə xarakterizə olunur.
Prezident İlham Əliyevin fəaliyyətini şərti olaraq iki mühüm mərhələyə ayırmaq olar. Birinci mərhələ dövlətin gücləndirilməsi, iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi ilə səciyyələnir və 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində süverenliyimizin bərpa edilməsi ilə yekunlaşır. Bu dövrdə Azərbaycan xalqının 200 ilə yaxın davam edən ədalətsizliyinə son qoyuldu, ərazi bütövlüyü bərpa edildi. Bu qələbə həm siyasi uzaqgörənliyin, həm də müasir ordu quruculuğunun məntiqi nəticəsi idi.İkinci mərhələ isə hərbi uğurun siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi dövrüdür.
Müharibədən sonrakı mərhələdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü diplomatiya nəticəsində Azərbaycanın haqq işi beynəlxalq səviyyədə tam şəkildə qəbul olundu və təsdiqləndi. Beləliklə, əldə edilən qələbə yalnız döyüş meydanında deyil, siyasi platformalarda da öz təsdiqini tapdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 22 il Azərbaycan dövlətçiliyi tarixində misilsiz uğurlar dövrü kimi yadda qalmışdır. Bu illər ərzində qazanılan nailiyyətlər təkcə bir zaman kəsiyini deyil, əsrlərə bərabər tarixi qələbəni ifadə edir və müasir, güclü Azərbaycanın möhkəm təməlini təşkil edir. Bu gün ölkəmizin beynəlxalq nüfuzunun artması, müstəqil və balanslaşdırılmış xarici siyasətin uğurla həyata keçirilməsi də Prezident İlham Əliyevin söz və əməl birliyinin göstəricisidir. Xalq Prezidentinə inanır, çünki onun verdiyi hər bir vəd zamanında və layiqincə yerinə yetirilir. Prezident İlham Əliyevin fəaliyyəti göstərir ki, güclü dövlətin təməlində güclü lider, səmimi niyyət və ardıcıl əməl dayanır.
Məhz bu səbəbdən Azərbaycan bu gün sabitlik, inkişaf və qələbə yolunda inamla irəliləyir.Bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurverici mərhələlərindən biri olan “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqları sürətlə dirçəlir, illərlə dağıntıya məruz qalmış yurd yerlərimiz yeni həyat nəfəsi qazanır. Bu ərazilərdə məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları və müasir yaşayış evləri inşa edilir, güclü sosial və iqtisadi infrastruktur formalaşdırılır.Artıq 60 mindən çox insan doğma torpaqlarına qayıdaraq burada yaşayır, çalışır və təhsil alır. Bu rəqəm təkcə statistik göstərici deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və gələcəyə inamının parlaq ifadəsidir. Qarabağ və Şərqi Zəngəzur bu gün yalnız bərpa olunan ərazilər deyil, eyni zamanda müasir, dayanıqlı inkişaf modeli əsasında qurulan yeni həyat məkanlarıdır. Son beş il Azərbaycan xalqı üçün qürur, birlik və milli həmrəyliyin təntənəsi ilə yadda qalıb.
Qazanılmış tarixi Qələbə və onun ardınca həyata keçirilən genişmiqyaslı quruculuq işləri sübut edir ki, Azərbaycan xalqı qəhrəman xalq, Azərbaycan dövləti isə qalib dövlətdir. Bu yol təsadüfi deyil, düşünülmüş, məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir. Ən önəmlisi isə odur ki, biz – bu torpaqların əsl sahibləri – Qarabağa və Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra əbədi olaraq bu torpaqlarda yaşayacağıq. Azərbaycan Bayrağı azad edilmiş yurdlarımızda əbədi dalğalanacaq, bu torpaqlarda sülh, inkişaf və firavanlıq hökm sürəcək.
“Böyük Qayıdış” Proqramı yalnız fiziki qayıdış deyil, həm də tarixi ədalətin bərpası, milli ruhun dirçəlişi və gələcək nəsillərə güclü Azərbaycan mirasının ötürülməsidir.Bu yol – qalib xalqın, qüdrətli dövlətin yoludur.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri