Sosial şəbəkələrdə qalmqalallı bloger Ata Abdullayevin də amnistiyaya düşdüyü barədə məlumat yayılıb. Hətta onun artıq azadlığa çıxıdığı da iddia olunub,
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a bildirib ki, Ata Abdullayevin amnistiyaya düşməsi gözlənilir.
Onun sözlərinə görə, A.Abdullayevin məhkum olunduğu maddə amnistiya aktının şərtlərinə uyğundur.
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Ata Abdullayev 2021-ci ilin martında həbs edilib.
Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub.