Modern.az

Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

Aktual

23 Dekabr 2025, 16:28

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib.

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçaturyanın səhhətində 22 dekabr 2025-ci il tarixində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb. Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib. Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksək ixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək 7 noyabr 2023-cü il tarixində 15 il müddətinə azadlıqdan məhrum olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır