Modern.az

Əlixan Rəcəbov tütün reklamı etdi - Şirkət cərimələndi

Əlixan Rəcəbov tütün reklamı etdi - Şirkət cərimələndi

Aktual

23 Dekabr 2025, 22:41

Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində tütün və tütün məmulatlarını reklam edən şirkət cərimələnib.

 

Modern.az xəbər verir ki, "TTC GROUP" (The Tobacco Company) MMC İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib, işə məhkəmədə baxılıb.

 

Məlum olub ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 72/74, mənzil 95 ünvanında yerləşən "TTC GROUP" MMC-nin "Smoking Azerbaijan" adlı instaqram səhifəsində reklamı qadağan olunmuş tütün və tütün məmulatları reklam edilir.

 

Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, onlar bu cür paylaşımın inzibati xəta olduğunu bilməyiblər. Digər səhifələr bu tip reklam paylaşıb və onlar da buna görə paylaşıma başlayıblar.

 

Məhkəmənin qərarı ilə "TTC GROUP" MMC inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat cərimələnib.

 

Bildirilib ki, "Smoking Azerbaijan" səhifəsində tütün məhsullarının reklamına məşhur bloqer və aktyorlar da cəlb edilib. 1000 manatlıq cəriməyə isə bloqer və aktyor Əlixan Rəcəbovun son reklam çarxı səbəb olub.

 

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Turan Mahmudzadədir. (Mənbə: qaybarinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır