Modern.az

XİN Prezidenti doğum günü münasibətilə təbrik etdi

XİN Prezidenti doğum günü münasibətilə təbrik etdi

Aktual

24 Dekabr 2025, 08:54

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə platformasında paylaşım edilib.

"Bu gün, ölkəmizin inkişafı və xalqımızın mənafelərinin qorunması yolunda əzmlə fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidenti səmimi-qəlbdən təbrik edir və ölkəmizin inkişafına yönəlmiş qətiyyətli fəaliyyətində daimi uğurlar arzulayırıq. Doğum gününüz mübarək, cənab Prezident!", - deyə paylaşımda qeyd edilib.

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır