Modern.az

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Aktual

24 Dekabr 2025, 09:52

Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 194 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır