“Fənərbağça” futbol klubunun prezidenti Sadəttin Saranın saçlarında narkotik tapılıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri ilə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hesabat hazırlanıb.
Məlumata görə, "Fənərbaxça" prezidenti Sadəttin Saranın saç nümunələrində narkotik testi müsbət çıxıb.
Lakin Saranın qan, sidik və dırnaq nümunələrinin test nəticələri mənfi çıxıb.