Modern.az

Dövlət Komitəsi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı planlarını AÇIQLADI

Dövlət Komitəsi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı planlarını AÇIQLADI

Aktual

24 Dekabr 2025, 12:26

"Şəhərsalma və Memarlıq" ilinin elan olunması bir sıra əlamətdar hadisələrlə bağlıdır. Bu hadisələrdən birincisi, may ayında Bakı şəhərində keçirilməsi planlaşdırılan “Yeni Dünya Şəhərsalma Forumu”dur. Bu forumun Bakıda təşkili beynəlxalq əhəmiyyətli böyük hadisədir və paytaxtımız üçün mühüm bir nüfuz göstəricisidir. Bakı belə bir mötəbər tədbirə ev sahibliyi edəcək.

Modern.az-ın məlumatına görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsmayılov mediaya açıqlamasında deyib.

Sədr müavini qeyd edib ki, digər mühüm məsələ azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə bağlıdır.

“Biz növbəti ildə bu ərazilərə qayıdış üzrə birinci proqramın uğurla həyata keçirilməsini müşahidə edəcəyik. Artıq bu il ərzində bir sıra yaşayış məntəqələri, ictimai binalar, mədəniyyət obyektləri istifadəyə verilir. Bu isə minlərlə məcburi köçkün olmuş vətəndaşımızın doğma torpaqlarına qayıdışını təmin edəcək”, – deyə o bildirib.

İlqar İsmayılov qeyd edib ki, bu istiqamətdə şəhərsalma və memarlıq sahəsində də bir sıra vacib işlərin həyata keçirilməsi nəzərdə tutulur. Burada həm müasir yanaşmalar, həm də milli memarlıq elementlərinin qorunması ön plandadır.

“Bununla yanaşı, hörmətli Prezidentimizin imzaladığı sərəncamın əhəmiyyətinə diqqət çəkmək istəyirəm. Bu sərəncamın verilməsi təsadüfi deyil, onun arxasında dərin tarixi, strateji və mədəni əsaslar dayanır. Bu qərar, bir tərəfdən, Azərbaycanın gələcək inkişafını planlı şəkildə qurmağa xidmət edir, digər tərəfdən isə xalqımızın memarlıq və şəhərsalma irsinə verilən yüksək dəyərin təzahürüdür”, – deyə o əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır