Modern.az

“Fənərbağça”nın prezidenti yenidən saxlanıldı

“Fənərbağça”nın prezidenti yenidən saxlanıldı

Aktual

24 Dekabr 2025, 21:42

İstanbul Baş Prokurorluğunun apardığı narkotik araşdırması çərçivəsində “Fənərbağça”nın prezidenti Sadəttin Saran saxlanılıb.

 

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza İdarəsi tərəfindən aparılan test nəticəsində Saranın narkotik maddə istifadəsi müsbət çıxıb.

 

Baş Prokurorluğun açıqlamasında qeyd olunub ki, onun barəsində narkotik vasitələrin əldə edilməsi, istifadəsinin təşviqi və istifadəsi ilə bağlı əlavə dəlillər ortaya çıxıb. Bu səbəbdən İstanbul Vilayət Jandarma Komandanlığı əməkdaşları tərəfindən Sadəttin Saran saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır