Modern.az

İki ildir axtarılan kişi qətlə yetirilibmiş

İki ildir axtarılan kişi qətlə yetirilibmiş

Aktual

24 Dekabr 2025, 23:24

Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.

 

Modern.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.

 

Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. (Mənbə: qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır