Modern.az

Aktau qəzasında yaralananlar: Təyyarəyə minməyə QORXURUQ!

Aktau qəzasında yaralananlar: Təyyarəyə minməyə QORXURUQ!

Aktual

25 Dekabr 2025, 11:12

"Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından 1 il ötür.

Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Qəzada ağır xəsarətlər almış bəzi sərnişinlər hadisənin ağrı-acısını bu gün də yaşayırlar. 


Səlihət Cəfərova Modern.az-a açıqlamasında qəzadan sonra Aktauya getmək istədiklərini, lakin təyyarədən qorxduqları üçün risk etmədiklərini bildirib:

"Mənim ayağıma qəlpə dəymişdi, ağır yaralanmışdım. Ayağım qırılmışdı, 1 ay həkim nəzarətində qaldım. Xəstəxanada qaldığım günləri xatırlamaq istəmirəm. Video ilə anamla danışdığım yadıma gəlir. Bu müddət ərzində Aktauya getmək istəmişik, lakin təyyarədən qorxduğumuz üçün istəyimizi reallaşdıra bilməmişik".


Hadisə zamanı yaralanmış Nizami Cəlilov qəza anlarının tez-tez yuxusuna girdiyini deyib:

"Qəza gününün dəhşətini hələ də unutmamışam. Gecələr yuxuma girir. Mən də Aktauya getmək fikrindəyəm.  Amma təyyarəyə minməkdən ehtiyatlanıram".


Həfisət Çitiyeva
 da bu hadisə zamanı yaralanmış sərnişindir. Qəzadan sonra AZAL və digər dövlət qurumlarından xeyli kömək alıb. Həfisət Çitiyeva bu gün də qəzanı xatırlayarkən çox qorxur:

"Qəzada ən ağır mən yaralanmışdım. 1 ay komada oldum. Belim qırılmışdı, indi belimdə implant var. Səhhətim hazırda da o qədər yaxşı deyil, müalicəm davam edir. Qəza anları hələ də yuxularıma girir və çox qorxuram. Qəzadan sonra Aktauya gedənlər oldu, amma mən getmədim". 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır