Modern.az

Gələn il 4 dəfə Günəş və Ay tutulacaq - Tarixlər açıqlandı

Gələn il 4 dəfə Günəş və Ay tutulacaq - Tarixlər açıqlandı

Aktual

25 Dekabr 2025, 11:20

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb.

Bu barədə Modern.az Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 2026-cı ildə iki Günəş və iki Ay tutulması müşahidə olunacaq.

“İlin ilk tutulması 17 fevralda baş verəcək. Bu, halqalı Günəş tutulması olacaq. Növbəti tutulma 3 mart tarixində qeydə alınacaq. Həmin gün tam Ay tutulması müşahidə olunacaq. 12 avqustda isə tam Günəş tutulması baş verəcək. İlin son tutulması 28 avqust tarixində olacaq. Bu, qismən Ay tutulması kimi müşahidə ediləcək”, - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır