Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinə dair qadağanın tətbiqi müddəti 1 aprelədək uzadılır.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin sabah keçiriləcək iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşunda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinə dair qadağa 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapmışdı. Lakin plenar iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu tarixin uzadılmasını təklif edib.
Layihə komitə iclasında yenidən müzakirə edilərkən A. Əmiraslanovun təklifi nəzərə alınaraq bu müddət 2026-cı il 1 aprellə əvəzlənib.