Modern.az

Avropa İttifaqı parçalanacaq - Orban

Avropa İttifaqı parçalanacaq - Orban

Aktual

25 Dekabr 2025, 15:24

Avropa İttifaqı (Aİ) hazırda parçalanma vəziyyətindədir, çünki Brüsseldə qəbul edilən bəzi qərarlar ayrı-ayrı üzv dövlətlər tərəfindən yerinə yetirilmir.

Modern.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə bildirib.

"Brüssel bürokratiyasının imperiya ambisiyalarının güclənməsi ilə ittifaqda parçalanma prosesi gedir. Birlik belə parçalanır: qərarlar Brüsseldə qəbul edilir, lakin onlar yerinə yetirilmir. Əvvəlcə bir ölkə onları yerinə yetirmir, sonra iki, sonra üç . Mərkəzləşdirilmiş hakimiyyəti gücləndirmək istəyinə baxmayaraq, qərar qəbul edənlər daim geri çəkilməyə məcbur olurlar", - deyə o vurğulayıb.

Orbanın sözlərinə görə, Aİ dövlətlərin suverenliyini daim məhdudlaşdırır, lakin səlahiyyətlərini həyata keçirə bilmir. O qeyd edib ki, Brüsseldə "xaos hökm sürür". Və sürətli, və dərin islahat olmayacağı  təqdirdə, parçalanma geri dönüşün olmadığı bir nöqtəyə çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır