Modern.az

Ağsuda mal-qara oğurları TUTULDU

Ağsuda mal-qara oğurları TUTULDU

Aktual

26 Dekabr 2025, 11:48

Ağsu rayonunun Kəlağayılı kəndində yerləşən örüş sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. 

Modern.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən 31 yaşlı Bahadur Rəhmanlı saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin tanışı, 33 yaşlı Əbülfəz Həşimli ilə əlbir olaraq İsmayıllı rayonunda da analoji oğurluq əməlləri etdikləri müəyyən olunub. Ə.Həşimli də saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi