Modern.az

Azad olunmuş rayonlara böyük köç - 400-ə yaxın sakin doğma yurduna qayıtdı

Azad olunmuş rayonlara böyük köç - 400-ə yaxın sakin doğma yurduna qayıtdı

Qarabağ

26 Dekabr 2025, 12:12

Böyük Qayıdış prosesinə uyğun olaraq bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə sakinlərin növbəti qayıdışı aparılıb.

Modern.az xəbər verir ki, doğma yurduna qayıdan ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə (48 nəfər) daimi qayıdışı təmin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi