Modern.az

Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

Aktual

26 Dekabr 2025, 12:44

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 27 dekabr saat 00:00-dan etibarən Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Modern.az-a AAYDA-dan məlumat verilib. 

"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub. 

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi