Modern.az

Bu qəsəbə 5 saat işıqsız QALACAQ

Bu qəsəbə 5 saat işıqsız QALACAQ

Aktual

26 Dekabr 2025, 12:56

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Modern.az verilən məlumata görə, dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.

"Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi