Modern.az

Pirotexniki vasitələr satanlar saxlanıldı

Pirotexniki vasitələr satanlar saxlanıldı

Aktual

26 Dekabr 2025, 13:08

Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı profilaktik tədbir həyata keçirilib. Tədbir zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan iki nəfər müəyyən olunaraq saxlanılıb.
Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Həmin şəxslər barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi