Köhnə notbukunuzu yeniləmək istəyirsinizsə, böyük ehtimalla MacBook Pro və MacBook Air modelləri ilə qarşılaşmısan. Bu iki cihaz Azərbaycan bazarında ən çox tələb olunan notbuklardır. Kontakt.az Apple macbook aktual modellərini rəsmi zəmanətlə və sərfəli şərtlərlə sənə təklif edir.
Macbook Air yoxsa MacBook Pro? Hansı sizin güc mənbəyiniz olacaq?
MacBook Pro və MacBook Air icmalı: əsas fərqlər
MacBook Pro və MacBook Air arasındakı əsas fərq onların performansında və dizaynında əks olunub.
1. MacBook Pro daha güclü prosessor, geniş yaddaş və qrafik performans təklif edir. Ən güclü M4 çipi, Liquid Retina XDR ekranı və aktiv soyutma sistemi ilə fərqlənir. Qrafika və ya video ilə işləyirsənsinizsə, bu ideal seçimdir.
2. MacBook Air: Həm kiçik, həm də böyük ekran növləri var. Pro-ya nisbətən daha yüngül, portativ və büdcəyə uyğundur. Sadə ofis işləri üçün idealdır.
3. Yeni MacBook modelləri daha sürətli və stabil Wi-Fi 6E texnologiyasını dəstəkləyir. Bu da internetdə yüksək keyfiyyətli video axınına və fasiləsiz işləməyə zəmanət verir.
4. MacBook modellərinin klaviaturası uzun illər davamlılıq göstərən keyfiyyətli materialdan hazırlanıb. Bluetooth texnologiyası vasitəsilə siz notbukunuzu simsiz qulaqlıqlara, klaviaturaya və ya digər aksesuarlara asanlıqla qoşaraq iş prosesini daha rahat edə bilərsiniz.
5. MacBook Pro-nun Thunderbolt portları, məlumatları inanılmaz sürətlə ötürməyə və yüksək icra qabiliyyətinə malik xarici ekranları qoşmağa imkan verir.
Dizayn və portativlik: hansı notbok daha rahatdır?
Qalınlıq və korpus ölçülər
Notbukun dizaynı vacibdir. Apple alüminium materialından istifadə edir, o həm möhkəmdir və yüngüldür. Silver və Space Gray rənglərində təklif olunur - premium hissi yaradır.
Əlavə olaraq notbuku özünüzlə tez-tez gəzdirirsinizsə, yüngül çəkisi olan model seçməyiniz vacibdir.
- MacBook Air yüngül və incə dizaynla təchiz edilib. Bu model, 1.29 kq ağırlığı ilə 12 mm qalınlığa malikdir, bu da onu hər gün özü ilə daşıyan insanlar üçün idealdır. MacBook Air-in alüminium materialı həm davamlı, həm də yüngüldür, bu da daşımağı çox rahat edir.
- MacBook Pro isə daha qalın və ağırdır. 1.4 kq ağırlığı ilə 14.9 mm qalınlığa sahibdir. Bu model güclü performans təmin edir, lakin portativlik baxımından Air-dən bir az daha ağırdır.
Ekran və görüntü keyfiyyəti: retina displeyləri
Ekran notbukda əsas parametrdir. Hər gün saatlarla baxırsınız, göz sağlamlığınız, iş keyfiyyətiniz, zövq almaq - hamısı ekrandan asılıdır. Hər modeldə Liquid Retina ekran mövcuddur. Lakin, keyfiyyət və parlaqlıqda fərqlər var.
Parlaqlıq, rəng ötürmə və yenilənmə tezliyi
- MacBook Pro modelləri Liquid Retina XDR ekranı ilə 1000 nit parlaqlıq və 120 Hz yenilənmə sürətinə malik ProMotion texnologiyası təklif edir. Bu, rəng dəqiqliyi və sürətli görüntü tələb edən videomontaj kimi işlər üçün idealdır.
- MacBook Air Liquid Retina XDR ekranı ilə 500 nit parlaqlıq təmin edir. 60 Hz standart təzələnməyə sahibdir. Gündəlik istifadə üçün kifayət etsə də, ProMotion və ekranın yüksək parlaqlığı yoxdur.
Rəng balansı hər ikisində True Tone ilə tənzimlənir. Otaq işığına uyğunlaşır, gözlər daha az yorulur. Uzun saatlar işləyirsinizsə, bu funksiya əhəmiyyətlidir.

Performans: M-seriyası çipləri və real tapşırıqlar
Apple M-seriya çipləri son illərin inqilabıdır. Intel prosessorlardan daha sürətli, daha soyuq, daha enerji qənaətlidir. Çip seçimi birbaşa sizin iş tapşırıqlarınızdan asılıdır:
- MacBook Pro: Apple M4 çipi 10-core CPU ilə təchiz olunub. Pro prosessoru 3D dizayn və ağır tətbiqlər üçün mükəmməl sürət təmin edir.
- MacBook Air M3 çipi 8-core / 10-core GPU çipi ilə təchiz olunub. Gündəlik ofis proqramları üçün sürətlidir, lakin Pro modelindən az gücə malikdir.
Soyutma sistemi və performans davamlılığı:
- MacBook Pro: Aktiv soyutma sistemi (ventilyator) sayəsində ağır yükləmələr altında da performansını davamlılıqla qoruyur.
- MacBook Air: ventilyatorsuz soyutması sayəsində sakit işləsə də, uzunmüddətli video redaktəsində sürəti azala bilər.
Microsoft Office, Google Workspace, mail, brauzer - bu proqramlar hər ikisində problemsiz işləyir. MacBook Air bu tapşırıqları asanlıqla görür. Excel cədvəlləri, PowerPoint təqdimatları, Word sənədləri - hamısı tez açılır.
Amma çoxlu faylı eyni vaxtda açırsınızsa və dizayn proqramları istifadə edirsiniz? Bu halda yalnız Pro versiyası öhdəsindən gəlir.
Zoom, Teams, Google Meet kimi videokonfrans platformaları hər ikisində stabil işləyir. Kamera 1080p HD-dir. Mikrofon keyfiyyəti yüksəkdir.
Foto və video emalı
.1 Adobe Photoshop, Lightroom, Illustrator - bu proqramlar MacBook Air-də işləyir. Amma ağır proyektlərdə yavaşlama ola bilər. Orta səviyyə redaktələr üçün kifayətdir.
2. MacBook Pro modelində Final Cut Pro, Adobe Premiere Pro, DaVinci Resolve - professional videomontaj proqramları rahatlıqla işləyir. Blender, Cinema 4D, Maya - bu proqramlar güclü GPU tələb edir və bu model öhdəsindən gələcək.
Avtonomluq: hansı Mac daha uzunmüddətli işləyir?
