Modern.az

Amnistiyaya düşən Dəniz yenidən hakim qarşısında

Amnistiyaya düşən Dəniz yenidən hakim qarşısında

Aktual

26 Dekabr 2025, 23:51

3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni Dəniz Əsədova yenidən məhkəmə qarşısına çıxarılır.

Modern.az xəbər verir ki, müğənni bu dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) cinayətlərində təqsirli bilinir.

Məlumatda bildirilir ki, Dəniz Əsədovanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Vüqar Seyidovun sədrlik etdiyi kollegiya baxacaq. (Mənbə: gününsəsi)

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi