Modern.az

Bakıda yol işləri zamanı avtomobilə ziyan dəyib – məsuliyyət kimdədir?

Bakıda yol işləri zamanı avtomobilə ziyan dəyib – məsuliyyət kimdədir?

Aktual

29 Dekabr 2025, 10:32

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi istiqamətində yolun ortasına asfalta basdırılmış armatur avtomobillərdən birinə ziyan vurub. Hadisə gecə saatlarında baş verib və ərazidə xəbərdarlıq nişanı olmadığı üçün sürücülər yolda onları gözləyən təhlükədən xəbərsiz olub. 

Modern.az məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlayıb. Agentlikdən bildirilib ki, Dövlət Proqramına uyğun olaraq Koroğlu - Həsən Əliyev prospektləri istiqamətində yeni avtomobil yolunun inşası həyata keçirilir. Bu səbəbdən Əhməd Rəcəbli küçəsinin müəyyən hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılıb, əks istiqamət üzrə isə ikitərəfli hərəkət təmin olunub.

Bundan əlavə, ərazidə podratçı şirkət fəaliyyət göstərir və həmin şirkətə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Agentlik həmçinin qeyd edib ki, zərərin araşdırılması və kompensasiyası üçün vətəndaşlar birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edə bilərlər. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi