Yasamal rayonunda kişi dərmandan zəhərlənərək ölüb.
Modern.az-ın məlumatına görə, hadisə rayonun M.Xiyabani küçəsi ev 13 mənzil 25-də baş verib. Dekabrın 28-də gecə saatlarında həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Asif Bəhmən oğlu Allahverdiyev qəbul etdiyi dərmandan zəhərlənib. O, xəstəxanaya çatdırılsa da dekabrın 29-da səhər saat 06 radələrində orada ölüb.
Faktla bağlı araşdırma aparılır.