Modern.az

Bu il Bakıda təmir olunan məktəblərin sayı AÇIQLANDI

Bu il Bakıda təmir olunan məktəblərin sayı AÇIQLANDI

Aktual

29 Dekabr 2025, 12:46

2025-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 105 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

Bu barədə Modern.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 4 məktəbdə (59, 151, 324, 313) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq şagirdlərin istifadəsinə verilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68, 141) sökülərək yenidən tikintisi, 2 təhsil müəssisəsində (328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası) əsaslı təmir işləri davam edir.

Həmçinin 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286, A. Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Eyni zamanda, 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi