Modern.az

Ölkədə yayılımış pnevmaniyanın səbəbləri açıqlandı 

Ölkədə yayılımış pnevmaniyanın səbəbləri açıqlandı 

Aktual

29 Dekabr 2025, 14:06

Son günlərdə uşaqlar arasında yayılan və pnevmaniya əlamətləri ilə müşahidə olunan infeksiyalar cəmiyyətdə ciddi narahatlıq doğurur. Daha çox uşaqlarda müşahidə olunan xəstəlik ötən ilə nisbətən kəskin xarakter alıb.

Tanınmış həkim, professor Adil Qeybulla Modern.az-a bildirib ki, hazırda uşaqlar arasında daha çox yayılan virus influensa və respirator-sinsitial viruslardır:

“COVID-19 pandemiyasını törədən SARS-CoV-2 virusunun mutasiya variantları da davam edir.

Əlavə olaraq rinovirusların da davamlı təsiri qarışıq epidemioloji mühitin yaranmasına səbəb olur.

Təəssüflər olsun ki, pandemiyadan sonra insanların immun sistemi xeyli zəifləyib. Buna görə qeyd olunan virusların törətdiyi xəstəliklərlə mübarizə çətinləşib.

Uşaqlar arasında yaranmış virus da ağırlığı ilə narahatlıq doğurur.

İlk növbədə uşaqlarda yuxarı tənəffüs yollarında iltihab əlamətləri müşahidə olunur. Burun tutulma və axma, asqırma-öskürmə, hərarət, baş-boyun-bel ağrıları yayğın haldadır.

Yataq rejimində olmadıqda, bol maye qəbul etmədikdə, soyuqdəymə ehtimalı yüksəlir. Aşağı tənəffüs yollarının iltihabı ağ ciyər iltihabına-pnevmaniyaya gətirib çıxarır.

Pnevmaniya ağır xəstəlikdir və ağ ciyər absesinə, qanqrenasına, ödeminə apara bilər. Hətta ölümlə nəticələnmə riski də var.

Pnevmaniya diaqnozu qoyulubsa, yaxşı olar ki, uşaqlar hospitalizasiya olunsun. Ciddi həkim nəzarəti mütləqdir.

Təəssüflər olsun ki, pnevmaniyanın əmələ gəlmə səbəblərindən biri də səhlənkarlıqdır. Profilaktika tədbirlərinə əməl etməmək, yataq rejimində deyil, sağlam şəxslər kimi gəzmək səhhətdəki nasazlığı kəskinləşdirir.

Xəstəlik zamanı antibiotikdən istifadə uyğun deyil. Çünki bunun virusa heç bir təsiri yoxdur.

Yalnız bakterial infeksiya qoşulduqda, pnevmaniya başladıqda antibiotik xəstəxana rejimində, həkim nəzarəti ilə qəbul edilə bilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi