Modern.az

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıdı

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıdı

Aktual

29 Dekabr 2025, 16:04

Nizami rayonu Q.Qarayev prospektində “Daewoo” markalı sərnişin avtobuslarının birində naməlum sərnişin paytaxt sakini olan sürücünün 450 manat dəyərində mobil telefonunu soyğunçuluq edərək ələ keçirib.

Modern.az-ın məlumatına görə, hadisədən sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Sənan Quluzadə saxlanılıb. Həmin şəxsin törətdiyi hadisə təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi