Modern.az

Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş - FOTOLAR

Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş - FOTOLAR

Aktual

29 Dekabr 2025, 16:12

Tanınmış aparıcı Sənan Şəfizadə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musanın 3 ay öncə baş tutmuş toyundan yeni fotolar paylaşıb. 

Modern.az-ın məlumatına görə, fotolardan görünür ki, toyda həm də dövlət rəsmiləri və tanınmış simalar iştirak edib. 

Onların arasında iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, sabiq korpus komandiri general-leytenant Mais Bərxudarov və digər vəzifəli şəxslər olub.

Qeyd edək ki, Azərbaycan millisi və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı bu ilin sentyabrında “Qoçət” restoranlar şəbəkəsinin sahibi Sənan Təhməzovun qızı ilə ailə həyatı qurub.(Mənbə "Qafqazinfo")

 








Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi