Modern.az

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Aktual

29 Dekabr 2025, 16:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Nəbiyev Rövşən Feyruz oğlu dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi