Azərbaycanın Türkiyədəki səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar konsulluq bölməsinin iş rejimində dəyişiklik edib.
Modern.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd olunub ki, bayramlarla əlaqədar səfirliyin konsulluq bölməsi 31 dekabr 2025-ci il - 4 yanvar 2026-cı il tarixlərində fəaliyyət göstərməyəcək.