Modern.az

Sumqayıtda 600 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda 600 abonentin qazı KƏSİLƏCƏK

Aktual

30 Dekabr 2025, 10:08

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Modern.az-a verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ