Modern.az

“Sea Breeze”də uşaqlar üçün şənlik keçirilib

“Sea Breeze”də uşaqlar üçün şənlik keçirilib

Aktual

30 Dekabr 2025, 10:48

“Sea Breeze” istirahət mərkəzinin ərazisində yerləşən "Event Hall"da Yeni il münasibətilə xeyriyyə şənliyi təşkil olunub.

Modern.az xəbər verir ki, tədbirə aztəminatlı ailələrin uşaqları, həmçinin uşaq evləri və internat məktəblərinin 200-dən çox sakini dəvət edilib.

Bildirilib ki, “Sea Breeze” layihəsinin qurucusu Emin Ağalarovun təşəbbüsü ilə keçirilən bu genişmiqyaslı tədbir artıq ənənəvi xarakter alıb və hər il uşaqlar üçün bayram ovqatı yaradır.

Bayram proqramı çərçivəsində balacaları sevimli nağıl qəhrəmanları ilə interaktiv oyunlar, şar şousu, od şousu və DJ-in müşayiəti ilə əyləncəli musiqi proqramı gözləyirdi.

Tədbirin sonunda Şaxta baba və Qar qız uşaqları Yeni il münasibətilə təbrik edərək onlara hədiyyələr təqdim ediblər. Bayram uşaqların yaddaşında xoş xatirə kimi qalıb və onların üzündə sevinc dolu təbəssüm yaradıb.

Serdar ŞENGÜL

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ