Modern.az

Oteldə oğurluq edən şəxslər saxlanıldı - VİDEO

Oteldə oğurluq edən şəxslər saxlanıldı - VİDEO

Aktual

30 Dekabr 2025, 11:07

Paytaxtın Nizami rayonunda otellərin birində gecələyən şəxsin 23000 manatı oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə zərərçəkən ərazi polis orqanına bildirib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlə oğurluq etməkdə şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov müəyyən edilərək saxlanılıblar. Saxlanılanların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ