Ötən gün İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək.
Modern.az saytı Milli Qəhərmanın gəlini Nigar Tağıyeva ilə də əlaqə saxlayıb.
Saytımıza açıqlamasında N.Tağıyeva bildirib ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi hadisədən sonra onlarla yaxından maraqlanıb:
“Şahin Tağıyevin müalicəsini və digər ehtiyaclarını öz hesabımıza həyata keçirirdik, yəni hər hansı bir dəstəyə ehtiyac yox idi. Dünən vəfatından sonra diaspor nümayəndələrinə də xəbər verdik. Diaspor Komitəsindən bizimlə əlaqə saxladılar, mərhumun nəşinin Azərbaycana aparılmasına, bizim də ölkəyə getməyimizə köməklik edəcəklərini bildirdilər. Hazırda bu proses davam edir. Bizim Azərbaycana getməyimiz üçün lazım olan vəsaitin qarşılanacağı deyilib”.
N.Tağıyeva Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə və İsveçdəki Səfirliyinə minnətdarlıq edib.