Modern.az

Pirotexnikadan istifadə edənlərin NƏZƏRİNƏ: cərimələnə bilərsiniz

Pirotexnikadan istifadə edənlərin NƏZƏRİNƏ: cərimələnə bilərsiniz

Aktual

30 Dekabr 2025, 13:44

Hər il olduğu kimi, bu ildə bayram günləri ərəfəsində ölkə ərazisində pirotexniki vasitələrin, fişənglərin və digər partlayıcı maddələrin müxtəlif yollarla satış və istifadəsinə rast gəlinir. Bu cür vasitələrin nəzarətsiz şəkildə istifadəsi isə küçə və məhəllələrdə insanların narahatlığına səbəb olur. Eyni zamanda, təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində pirotexniki vasitələrdən istifadə zamanı xəsarət halları da qeydə alınır ki, bu da ictimai təhlükəsizlik və əhalinin sağlamlığı baxımından müəyyən mənada narahatlıq doğurur.

Bəs, qanunvericiliklə bu məsələ necə tənzimlənir?

Modern.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov qeyd edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, istehsalı və satışı qadağan olunmuş mallar mülki dövriyyəsi məhdudlaşdırılmış məhsullar hesab olunur.

“Qanunvericiliyə görə bu cür məhsulların istehsalı, istifadəsi, satışı və hər hansı formada mülki dövriyyəyə buraxılması qadağandır. Sözügedən maddə xüsusilə pirotexniki məhsullara şamil edilir və bu məhsullar müvafiq qaydalara əməl olunmadan aşkar edildiyi təqdirdə inzibati məsuliyyət yaradır”.

Hüquqşünas bildirib ki, qanuna əsasən, belə hallarda fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar.

R.Süleymanovun sözlərinə görə, tələblərin əsas məqsədi ictimai təhlükəsizliyin təmin edilməsi və qanunsuz dövriyyənin qarşısının alınmasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ