Modern.az

AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb

AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb

Aktual

1 Yanvar 2026, 15:42

"Azərbaycan Hava Yolları" QSC (AZAL) borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb.

Modern.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin illik maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, 2024-cü ildə aviaşirkətin borc qiymətli kağızlarına 10 milyon manatlıq investisiyası formalaşıb.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ