Modern.az

Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Azərbaycana təşəkkür etdi

Aktual

1 Yanvar 2026, 17:51

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 2025-ci ildə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

Modern.az-ın məlumatına görə, bu barədə ukraynalı diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz (Ukrayna - red.) Azərbaycandakı və bütün dünyadakı tərəfdaşlarımıza, dostlarımıza 2025-ci ildəki dəstəyə görə təşəkkür edirik. Məqsədimiz aydın qalır: azadlıq, ədalətli və davamlı sülh. 2026-cı ildə Ukrayna, Avropa və bütün dünya üçün sülh və təhlükəsizlik naminə işləməyə davam edəcəyik. Qoy yeni il hamı üçün ədalətli sülh gətirsin", - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ