Modern.az

Azərbaycanla ABŞ arasında müdafiə əlaqələri müzakirə edildi

Azərbaycanla ABŞ arasında müdafiə əlaqələri müzakirə edildi

Aktual

4 Yanvar 2026, 19:21

Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib.

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyində təşkil edilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Markveyn Mallin isə öz növbəsində qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ