Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb.
Modern.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
- Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
- Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "Koroğlu" metro stansiyası istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
- Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
- Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
- Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
- Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
- İstiqlaliyyət küçəsi, "Sabir" parkının qarşısında;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində.