Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddəti uzatmaq istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə uzadıldıqda aylıq ödəniş azalır.
Mldern.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur. Əgər, borcalan bank qarşısında öhdəliyini müəyyən edilən müddətdə yerinə yetirə bilmədiyini sübut etsə və bank buna razılıq versə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.
Ekspertlərin bildirdiyinə görə, banklar bu cür güzəşt və şərtlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə aid edilməyə bilər.