Modern.az

Keçmiş məhkum evdən 45 min manatlıq oğurluq etdi

Keçmiş məhkum evdən 45 min manatlıq oğurluq etdi

Aktual

5 Yanvar 2026, 11:33

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.

O, bu yolla evdən 33 400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ