Modern.az

Maduro bu axşam məhkəmə qarşısına çıxarılacaq

Maduro bu axşam məhkəmə qarşısına çıxarılacaq

Aktual

5 Yanvar 2026, 13:05

Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün Nyu-Yorkda Manhetten federal məhkəməsinə çıxarılacaq.

Modern.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, Maduro narkotik ticarətinə rəhbərlik etməkdə ittiham olunaraq dörd maddə üzrə mühakimə ilə üzləşəcək.

Proses yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

Dinləmələrə hakim Alvin K. Hellerstein sədrlik edəcək.

Məlumata görə, hakimin cütlüyün hüquqlarını izah etməsi və onlardan günahlarını etiraf edib-etmədiklərini soruşması gözlənilir. Maduro və həyat yoldaşının dinləməyə qədər girovsuz həbsdə qalacağı demək olar ki, dəqiqdir.

Venesuela prezidenti Nikolas Maduro şənbə günü ABŞ-ın müdaxiləsilə devrilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ